İnzagi gedib, Liverani gəlib

Xəbərlər
11 Fevral 2024 18:24
310
İnzagi gedib, Liverani gəlib

Gözlənildiyi kimi, A Seriyasında “Salernitana” Filippo İnzagi ilə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, komandaya Fabio Liverani rəhbərlik edəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Liverani ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. O, əvvəllər “Cenoa”, “Leyton”, “Ternana”, “Leççe” və “Kalyari”də işləyib. Onun son iş yeri “Kalyari” olub və 2022-ci ildə komandanı tərk edib.

Qeyd edək ki, bu gün istefaya göndərilən İnzaginin rəhbərliyi ilə “Salernitana” 24 oyundan sonra 13 xalla sonuncu pillədə qərarlaşıb.

İdman.biz

Məqalədə: