“Arsenal”dan 6 qollu darmadağın - VİDEO

Xəbərlər
11 Fevral 2024 23:42
294
“Arsenal”dan 6 qollu darmadağın - VİDEO

Bu gün İngiltərə Premyer Liqasında iki oyun baş tutub.

İdman.biz xəbər verir ki, hər iki matç qonaq komandanın qələbəsi ilə yekunlaşıb.

“Arsenal” səfərdə “Vest Hem”in qapısından 6 cavabsız top keçirib. Qələbə sayəsində “topçular” liderlərdən geri qalmayıblar.

“Mançester Yunayted” isə səfərdə “Aston Villa”nı məğlub edib. Meydana sonradan daxil olan Maktominay 86-cı dəqiqədə qələbə topunun müəllifi olub. Qazanılan 3 xal “qırmızı şeytanlar”a Çempionlar Liqasında vəsiqə verən zonaya düşmək üçün yaxşı şans verib.

İngiltərə Premyer Liqası
24-cü tur

Vest Hem – Arsenal – 0:6

Aston Villa – Mançester Yunayted – 1:2

İdman.biz