Türkiyə Superliqasında 25-ci tura yekun vurulub.
İdman.biz xəbər verir ki, son oyun günü ev sahiblərinin üstünlüyü ilə keçib.
Keçirilən 3 matçda qonaqlar qol vurmayıblar. “Beşiktaş” səfərdə “Kayserispor”la heç-heçə oynayıb. 90 dəqiqə ərzində tərəflər topu qapıdan keçirə bilməyiblər. Əvəzində “Trabzonspor” öz meydanında Renat Dadaşovun formasını geyindiyi “Hatayspor”un qapısından 2 cavabsız top keçirib. Nəticədə trabzonlular 4 oyunluq məğlubiyyət seriyasına son qoyublar.
“Trabzonspor” və “Beşiktaş” 40 xalla 3-4-cü pillələrdə qərarlaşıblar.
Türkiyə Superliqası
25-ci turu
Trabzonspor – Hatayspor – 2:0
Kayseripor – Beşiktaş – 0:0
Samsunspor – Antalyaspor – 2:0
İdman.biz