ÇL: “Mançester Siti” və "Real" səfərdə qazanıb - VİDEO

Xəbərlər
14 Fevral 2024 01:53
382
ÇL: “Mançester Siti” və "Real" səfərdə qazanıb - VİDEO

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsi start götürüb.

İdman.biz xəbər verir ki, ilk oyunlar çərçivəsində iki matç baş tutub.

Turnirin son qalibi “Mançester Siti” Danimarkada “Kopenhagen”in qonağı olub. İngiltərə çempionu 3:1 hesabı ilə qalib. Oyunun fasiləsinə kimi qapılara 3 qol vurulub. Matçın son saniyələrində Foden fərqi ikiyə yüksəldib.

Almaniyada “Leypsiq” “Real”ı qəbul edib. Qarşılaşmanın taleyini 1 top həll edib. Madrid klubu Diasın qolu sayəsində cavab matçından əvvəl böyük üstünlük qazanıb.

Qeyd edək ki, 1/8 finalın növbəti iki matçı bu gün keçiriləcək.

Çempionlar Liqası
1/8 final, ilk oyunlar
13 fevral

00:00. “Leypsiq” – “Real” - 0:1
Qol:
Dias, 49

00:00. “Kopenhagen” – “Mançester Siti” - 1:3
Qollar:
Mattsson, 34 - De Bruyne, 10. Bernardo, 45+1. Foden, 90+2

İdman.biz