Foden 50 həddinə çatan ilk ingilis olub

Xəbərlər
14 Fevral 2024 00:09
245
Foden 50 həddinə çatan ilk ingilis olub

“Mançester Siti”nin vingeri Fil Foden Çempionlar Liqasının tarixinə düşüb.

İdman.biz xəbər verir ki, o, turnirdə 50 oyun keçirən ən gənc ingilis futbolçu olub.

Foden Liqanın 1/8 finalının ilk matçında “Kopenhagen”ə qarşı start heyətində yer alıb. O, 23 yaş 261 günündə bu uğura nail olub. “Mançester Siti”nin yetirməsi olan Fil 2016-cı ildən komandada çıxış edir. İngiltərə yığmasının üzvü klubun heyətində 16 kubok qazanıb.

Qeyd edək ki, Foden son mövsümdə Çempionlar Liqasının qalibi olub.

İdman.biz