“Mançester Siti” Çempionlar Liqasının tarixinə düşüb - VİDEO

Xəbərlər
14 Fevral 2024 09:16
897
“Mançester Siti” Çempionlar Liqasının tarixinə düşüb - VİDEO

Çempionlar Liqasının 1/8 final mərhələsinin “Kopenhagen”lə ilk oyununda 3:1 hesablı qələbə qazanan “Mançester Siti” turnirin yeni rekorduna imza atıb.

İdman.biz xəbər verir ki, İngiltərə klubu ardıcıl 7-ci matçda üç və ya daha çox qol vurub.

Pep Qvardiolanın yetirmələri bunadək qrupdakı bütün görüşlərdə də “3+” qola seviniblər. Mançester təmsilçisi “Leypsiq”i 3:1, 3:2, “Srvena Zvezda”nı 3:1, 3:2, “Yanq Boyz”u 3:1 və 3:0 hesabı ilə məğlub edib. Bunadək heç bir komanda Çempionlar Liqasında belə məhsuldarlıq göstərməyib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 6-da keçiriləcək.

İdman.biz