Kilian Mbappe “Real”da

Xəbərlər
17 Fevral 2024 10:19
1 152
Kilian Mbappe “Real”da

PSJ-nin fransalı forvardı Kilian Mbappe "Real" ilə müqavilə imzalayıb.

İdman.biz xəbər verir ki, bu barədə İspaniyanın nüfuzlu "Marka" nəşrinin jurnalisti Ramon Alvares paylaşım edib.

Bildirib ki, artıq məsələ həll olunub: "O, "Real"la müqavilə imzalayıb. İş görüldü".

Fevralın 16-da digər bir tanınmış jurnalist Fabrizio Romano bunu təsdiqləmişdi. Mbappenin PSJ-nin prezidenti Nasser Al-Xelaifini yayda müqaviləsi başa çatdıqdan sonra komandanı tərk edəcəyi barədə məlumatlandırdığı vurğulanıb.

Qeyd edək ki, Mbappe 2018-ci ildən PSJ-də oynayır. O, meydana çıxdığı 290 matçda 243 qol, 105 asistlə yadda qalıb.

İdman.biz

Məqalədə: