“Barsa”nı penalti xilas edib

Xəbərlər
18 Fevral 2024 00:57
439
“Barsa”nı penalti xilas edib

“Barselona” İspaniya çempionatının 25-ci turunu qələbə ilə başa vurub.

İdman.biz xəbər verir ki, kataloniyalılar qələbə topunu 90+7-ci dəqiqədə vurublar.

Hesabı Levandovskinin sayəsində “Barselona” açsa da, “Selta” fasilədən sonra bərabərliyi bərpa edib. Amma polşalı forvard son saniyələrdə penalti zərbəsini dəqiq yerinə yetirib.

“Atletiko” “Las Palmas”ın qapısından 5 cavabsız top keçirib.

İspaniya La Liqası
25-ci tur

“Atletiko” – “Las Palmas” – 5:0
“Osasuna” – “Kadis” – 2:0
“Selta” – “Barselona” – 1:2

İdman.biz

Məqalədə: