Kərim Benzema “Əl-İttihad”ın məşqlərinə qatılıb.
İdman.biz xəbər verir ki, onun baş məşqçi Marselo Qalyardo ilə görüşündən sonra bu qərar verilib.
Komandanın düşərgəsinə gec qoşulduğu üçün əsas heyətdən uzaqlaşdırılan Benzema ilə Qalyardo arasında anlaşılmazlıq yaranıb. Tərəflər arasında son müzakirələrdən sonra fransalı hücumçunun adının bu gün “Əl-Riyad”la oyunun iştirak ərizəsinə salınması gözlənilir.
Qeyd edək ki, Benzema “Əl-İttihad”ın heyətində sonu oyunun dekabrın 26-da keçirib.
İdman.biz