“Liverpul” İngiltərə Premyer Liqasında növbəti kambekə imza atıb.
İdman.biz xəbər verir ki, Yurgen Kloppun yetirmələri XXVI turun matçında “Luton”u məğlub edib.
Oyunun ilk 45 dəqiqəsində hesabda geri düşən mersisaydlılar fasilədən sonra vurulan qollarla 4:1 hesablı qələbə qazanıb. Bununla da “Liverpul” əzmkarlıqla qazanılan xalların sayını 22-yə çatdırıb.
Kloppun komandası hesabda geri düşdüyü matçlarda əldə etdiyi xalların sayında Premyer Liqa rekordunu təkrarlayıb. Həmin göstərici də “Liverpul”a məxsusdur. 2008/09 mövsümündə komanda oyunun gedişində uduzduğu qarşılaşmalarda 22 xal toplayıb.
İdman.biz