“Everton” və “Şeffild Yunayted”dəki çıxışı ilə tanınan Li Te Çində həbs olunub.
İdman.biz xəbər verir ki, keçmiş futbolçu korrupsiya qalmaqalında günahlandırılıb.
Li Te 2022-ci ilin noyabrında Çin futbolunda baş verən korrupsiyaya görə gözaltına alınıb. O, dindirilmə zamanı bir neçə dəfə rüşvət aldığını etiraf edib.
Te 2018-ci ildə 390 min avro ödəyərək Çin yığmasının baş məşqçisi təyin olunub. Li 2019-2021-ci illərdə ölkə milli komandaya rəhbərlik edib. Bundan başqa, keçmiş yarımmüdafiəçi Çinin 2-ci liqasında danışılmış oyunların təşkili ilə məğıub olub.
Qeyd edək ki, Li Te 2002-2006-ci illərdə “Everton”da oynayıb.
İdman.biz