Mançester klublarından fərqli nəticə

Xəbərlər
24 Fevral 2024 23:31
202
Mançester klublarından fərqli nəticə

Çempion İngiltərə Premyer Liqasının 26-cı turunu qələbə ilə başa vurub.

İdman.biz xəbər verir ki, “Mançester Siti” səfərdə “Bornmut”a qalib gəlib.

Oyunun taleyini bir qol həll edib. Fodenin vurduğu top “şəhərlilər”ə 3 xal qazandırıb. Nəticədə “Mançester Siti” lider “Liverpul”la aradakı xal fərqini yenidən 1-ə endirib.

“Mançester Yunayted” öz meydanında uduzub. “Qırmızı şeytanlar” gözlənilmədən “Fulhem”ə uduzub. Qonaq komanda 90+7-ci dəqiqədə qələbə topunu rəqib qapısından keçirib.

İngiltərə Premyer Liqası
26-cı tur

“Aston Villa” – “Nottingem Forest” – 4:2
“Brayton” – “Everton” – 1:1
“Kristal Pelas” – “Bernli” – 3:0
“Mançester Yunayted” – “Fulhem” – 1:2
“Bornmut” – “Mançester Siti” – 0:1

İdman.biz