“Beşiktaş” yarımfinalda

Xəbərlər
29 Fevral 2024 00:57
414
“Beşiktaş” yarımfinalda

Türkiyə kubokunda iki yarımfinalçının adına aydınlıq gəlib.

İdman.biz xəbər verir ki, “Trabzonspor” və “Beşiktaş” 1/2 finala yüksəlib.

Trabzon klubu öz meydanında “Başakşəhər”ə qalib gəlib. Oyunun taleyini həll edən yeganə qolu Edin Visça vurub.

“Beşiktaş” isə İstanbulda “Konyaspor”u məğlub edib. “Qara qartallar” rəqib qapısından 2 cavabsız top keçiriblər.

Sabah mərhələnin son matçında “Qalatasaray” – “Karagümrük” matçı baş tutacaq.

Qeyd edək ki, 1/4 finalın ilk oyununda “Fənərbaxça” “Ankaragücü”nə 0:3 hesabı ilə uduzub.

Türkiyə kuboku
1/4 final

“Trabzonspor” – “Başakşəhər” – 1:0
“Beşiktaş” – “Konyaspor” – 2:0

İdman.biz