Serbiyalı forvardla yeni razılaşma

Xəbərlər
29 Fevral 2024 01:36
284
Serbiyalı forvardla yeni razılaşma

“Yuventus” Duşan Vlahoviçlə müqavilə müddətini artıracaq.

İdman.biz xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Serbiyalı hücumçunun agenti Turin klubu ilə danışıqları yekunlaşdırmaq üzrədir. Yeni müqavilə 2026-cı ilin yayınadək nəzərdə tutulub. Razılaşmanın şərtlərinə görə, Duşanın məvacibi 7,5 milyon avrodan 10 milyona yüksələcək. O, bir mövsüm sonra 12 milyon avro qazanacaq.

Qeyd edək ki, 2022-ci ildə “Fiorentina”dan transfer olunan forvard hazırki mövsümdə 25 oyunda 15 dəfə fərqlənib.

İdman.biz

Məqalədə: