“Bavariya”nın Dayer planı

Xəbərlər
29 Fevral 2024 23:16
271
“Bavariya”nın Dayer planı

“Bavariya” ingilis yarımmüdafiəçi Erik Dayerin çıxışından razıdır.

İdman.biz xəbər verir ki, Münhen klubu onunla müqavilə müddətini artıracaq.

Yanvarda “Tottenhem”dən icarəyə götürülən Dayerin London klubu ilə razılaşması yayda başa çatacaq. Münhenlilər bundan istifadə edib təcrübəli futbolçuya 2025-ci il iyunun sonunadək müqavilə təklif edəcək.

Qeyd edək ki, Dayer artıq “Bavariya”nın heyətində 10 oyun keçirib. O, bu görüşlərdə fərqlənə bilməyib.

İdman.biz

Məqalədə: