Derbinin taleyini avtoqol həll edib - VİDEO

Xəbərlər
3 Mart 2024 22:51
505
Derbinin taleyini avtoqol həll edib - VİDEO

Türkiyə Superliqasında 28-ci turun 3 oyunu keçirilib.

İdman.biz xəbər verir ki, “Qalatasaray” “Beşiktaş”ın qonağı olub.

Oyunda qapılara cəmi 1 qol vurulub. Qarşılaşmanın 1-ci dəqiqəsində künc zərbəsi zamanı “Beşiktaş”ın yeni transferi Al-Nusrati topu öz qapısından keçirib. Bu qələbədən sonra “Qalatasaray” yenidən 1-ci pilləyə yüksəlib. “Sarı qırmızılar”ın heyətində 75 xal var. Onlar “Fənərbaxça”nı 2 xal qabaqlayırlar.

Türkiyə Superliqası
28-ci tur

“Başakşəhər” – “Samsunspor” – 1:0
“Pendikspor” – “Konyaspor” – 0:2
“Beşiktaş” – “Qalatasaray” – 0:1

İdman.biz

Məqalədə: