Meydan sahiblərinin günü

Xəbərlər
4 Mart 2024 23:18
230
Meydan sahiblərinin günü

Türkiyə Superliqasında 27-ci tura yekun vurulub.

İdman.biz xəbər verir ki, keçirilən hər 3 oyunda meydan sahibləri qələbə qazanıblar.

“Trabzonspor” səfərdə uduzub. “Alanyaspor” qonağı olan Qaradəniz təmsilçisi 1:3 hesabı ilə məğlub olub. Trabzonlular yeganə qolu qarşılaşmanın son dəqiqələrində vurublar.

Turun digər iki matçında 1:0 hesabı qeydə alınıb.

Türkiyə Superliqası
27-ci tur

“Adana Dəmirspor” – “Karagümrük” – 1:0
“Alanyaspor” – “Trabzonspor” – 3:1
“Antalyaspor” – “Qaziantep” – 1:0

İdman.biz