Almaniya Bundesliqasında 30-cu turun 6 oyunu baş tutub.
İdman.biz xəbər verir ki, bu görüşlərdə qonaqların üstünlüyü diqqəti çəkib.
Meydan sahibləri 6 matçın 3-də uduzub, yalnız 2-də qələbə qazanıblar. Yalnız “Haydenhaym” – “Borussiya M” qarşılaşması heç-heçə başa çatıb.
“Bavariya” səfərdə “Darmştadt”ın qapısından 5 top keçirib. Bu qələbədən sonra xalını 60-a yüksəldən Münhen klubu liderlə aradakı fərqi azaldıb. “Pivəçilər” “Bayer”dən 7 xal geri qalır.
“Hoffenhaym” öz meydanında “Ştutqart”a 0:3 hesabı ilə uduzub.
Almaniya Bundesliqası
26-cı tur
“Darmştadt” – “Bavariya” – 2:5
“Haydenhaym” – “Borussiya M” – 1:1
“Maynts” – “Bohum” – 2:0
“Union Berlin” – “Verder” – 2:1
“Volfsburq” – “Auqsburq” – 1:3
“Hoffenhaym” – “Ştutqart” – 0:3
İdman.biz