Rafinya “Barsa”ya 3 xal qazandırıb

Xəbərlər
31 Mart 2024 02:04
677
Rafinya “Barsa”ya 3 xal qazandırıb

“Barselona” İspaniya La Liqası 30-cu turunu qələbə ilə başa vurub.

İdman.biz xəbər verir ki, Kataloniya klubu “Las Palmas”ı məğlub edib.

Oyunda qapılara 1 qol vurulub. Braziliyalı Rafinya yeganə topun müəllifi olub. Bu qələbədən sonra xalını 67-yə yüksəldən “Barselona” liderdən 5 xal geri qalır. “Real” sabah Bilbao “Atletiko” ilə qarşılaşacaq.

“Sevilya” səfərdə “Xetafe”yə tək qolla qalib gəlib. Bu qələbədən sonra Əndəlus təmsilçisi düşmə zonasından bir az uzaqlaşıb.

İspaniya La Liqası
30-cu tur

“Xetafe” – “Sevilya” – 0:1
“Almeriya” – “Osasuna” – 0:3
“Valensiya” – “Malyorka” – 0:0
“Barselona” – “Las Palmas” – 1:0

İdman.biz