A Seriyası: Qonaqların uğursuz günü

Xəbərlər
2 Aprel 2024 00:41
401
A Seriyası: Qonaqların uğursuz günü

İtaliya A Seriyasında 30-cu tura yekun vurulub.

İdman.biz xəbər verir ki, son oyun günündə qonaqlar qələbə qazana bilməyiblər.

Meydan sahibləri 2 görüşdə qalib gəliblər, 3 matç heç-heçə başa çatıb. Lider “İnter” doğma azarkeşlər qarşısında “Empoli”ni 2:0 hesabı ilə məğlub edib. Komanda “Milan”la aradakı 14 xallıq fərqi qoruyub. Simone İnzaginin yetirmələri 79 xal toplayıblar.

"Bolonya" öz meydanında "Salernitana"nın qapısından 3 cavabsız top keçirib.

İtaliya A Seriyası
30-cu tur

“Bolonya” – “Salernitana” – 3:0
“Kalyari” – “Verona” – 1:1
“Sassuolo” – “Udineze” – 1:1
“Leççe” – “Roma” – 0:0
“İnter” – “Empoli” – 2:0

İdman.biz