“Vilyarreal”ın qələbə seriyasına son

Xəbərlər
2 Aprel 2024 00:59
336
“Vilyarreal”ın qələbə seriyasına son

İspaniya La Liqasında 30-cu turun son oyunu baş tutub.

İdman.biz xəbər verir ki, “Atletiko” səfərdə “Vilyarreal”ın qonağı olub.

Madrid klubu iki məğlubiyyətdən sonra 2:1 hesabı ilə qələbə qazanıb. Qonaqlar qələbə topunu 87-ci dəqiqədə rəqib qapısından keçiriblər. Saul Niques həlledici qolun müəllifi olub. 58 xal toplayan “Atletiko” 4-cü pilləyə yüksəlib.

“Vilyarreal”ın 4 oyunluq qələbə seriyası sona çatıb. Komanda 38 xalla 10-cudur.

İspaniya La Liqası
30-cu tur

“Vilyarreal” – “Atletiko” – 1:2

İdman.biz