“İnter”dən “Aston Villa”ya

Xəbərlər
11 Aprel 2024 14:24
203
“İnter”dən “Aston Villa”ya

Niderlandlı müdafiəçi Denzel Dumfris yayda komandası dəyişə bilər.

İdman.biz xəbər verir ki, “İnter”in müdafiəçisi “Aston Villa”nın maraq dairəsinə düşüb.

Milan klubunun bu keçiddən 30 milyon avro qazanması gözlənilir. İtaliyalıların bu transferə müsbət rəy verdiyi xəbərləri yayılıb. Dumfrisin komanda ilə müqaviləsi 2025-ci ilin yayında bitəcək.

Qeyd edək ki, 27 yaşlı müdafiəçi 2021-ci ildə PSV-dən transfer olunub. O, bu mövsümdə 4 qol vurub.

İdman.biz