Poqbanın dopinq testi müsbət çıxıb

Xəbərlər
11 Sentyabr 2023 22:25
120
Poqbanın dopinq testi müsbət çıxıb

İtaliya A Seriyasının 1-ci turunun oyunundan sonra “Yuventus”un fransalı yarımmüdafiəçisi Pol Poqbanın dopinq-testi müsbət nəticə verib. Bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

İtaliya çempionatının 2023/2024 mövsümünün 1-ci turunda "Yuventus" səfərdə "Udineze" ilə qarşılaşıb. Oyun Turin klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb. Poqba meydana çıxmayıb - o, bütün matçı ehtiyat oyunçular skamyasında keçirib.

Pol Pogbanın testosteron səviyyəsinin çox yüksək olduğu müəyyən edilib. Bu terapevtik istisnasız qəbul edilməməli olan bir maddədir. Beləliklə, Poqba 4 il müddətinə futboldan kənarlaşdırıla bilər.

“Yuventus” üç turdan sonra A Seriyasının turnir cədvəlində üçüncü yerdədir.

İdman.biz