Almaniyalı mütəxəssis Yoahim Löv Türkiyə millisinə rəhbərlik edə bilər.
“Noqomaniya”nın xəbərinə görə, 63 yaşlı almaniyalı həmyerlisi Ştefan Kuntsun yerinə əsas namizədlərdən biridir. Kuntsa Türkiyə millisinin baş məşqçisi postundan qovulması barədə artıq telefonla məlumat verilib.
Xatırladaq ki, Yoahim Löv 2006-cı ildən Almaniya millisinə rəhbərlik edib. Avro-2020-dən sonra alman mütəxəssis postunu tərk edib. Onun rəhbərliyi altında milli komanda altı böyük turnirdə mübarizə apararaq 2014-cü ildə dünya çempionu olmağı bacarıb. Həmçinin Almaniya komandası Avropa çempionatının gümüş və iki dəfə bürünc, dünya çempionatının isə bürünc mükafatçısı olub. 2017-ci ildə Lövün rəhbərlik etdiyi komanda Konfederasiyalar Kubokunun qalibi olub.
İdman.biz