Çempionlar Liqasında 1-ci turun növbəti oyunları keçirilib.
İdman.biz saytı xəbər verir ki, “Qalatasaray” öz meydanında “Kopenhagen”lə görüşdə xal itirib.
Qrupun digər oyunu məhsuldar alınıb. Azarkeşlər “Bavariya” - “Mançester Yunayted” oyun qol şou izləyiblər. Almanlar 4:3 hesabı ilə qələbə qazanıblar.
B qrupunda "Arsenal" asan qələbə qazanaraq, liderliyi ələ alıb. Digər görüşündə heç-heçə qeydə alınıb.
C qrupunda isə favoritlər ilk görüşü maksimum nəticə ilə başa vurublar. "Real" və "Napoli" lider mövqeyinə yüksəliblər.
D qrupunda "Benfika" öz meydanında məğlub olub. Komanda "Zalsburq"la bacarmayıb. Qonaqla meydan sahiblərinin azlıqda qalmasında istifadə ediblər. Turnirin son finalçısı "İnter" isə İspaniya səfərindən bir xalla dönüb.
Çempionlar Liqası, qrup mərhələsi
20 sentyabr
A qrupu
“Qalatasaray” – “Kopenhagen” - 2:2
Qollar: Boey, 86. Tete, 88 - Elyunissi, 35. Qonçalves, 58
“Bavariya” – “Mançester Yunayted” - 4:3
Qollar: Sane, 28. Gnabri, 32. Keyn, 53. Tel, 90+2 - Hoylund, 49. Kazemiro, 88; 90+5
B qrupu
“Arsenal” – PSV - 4:0
Qollar: Saka, 5. Trossar, 20. Qabriel Jezus, 38. Odeqaard, 70
“Sevilya” – “Lans” - 1:1
Qollar: Okampos, 9 - Fulgini, 24
C qrupu
“Real” – “Yunion Berlin” - 1:0
Qol: Bellingem, 90+4
“Braqa” – “Napoli” - 1:2
Qol: Bruma, 84 - Di Lorenso, 45+1. Niakate, 88 (öz qapısına)
D qrupu
“Benfika” – “Zalsburq” - 0:2
Qol: Simiç, 15 (pen.). Qlux, 51
“Real Sosyedad” – “İnter” - 1:1
Qol: Mendes, 4 - Lautaro Martines, 87
İdman.biz