Braziliyadan baş məşqçi qərarı

Xəbərlər
7 İyul 2024 14:32
176
Braziliyadan baş məşqçi qərarı

Braziliya yığmasının baş məşqçisi Dorival Junior istefaya göndərilməyəcək.

İdman.biz xəbər verir ki, bunu Braziliya Futbol Federasiyasının prezidenti Ednaldo Rodriges deyib.

Amerika kubokunun 1/4 finalında mübarizəni dayandıran ölkə yığmasının baş məşqçisinin vəzifəsini tərk edəcəyi xəbərləri yayılıb. Amma federasiya rəhbəri uğursuzluğa baxmayaraq Dorival Juniorla hazırlanan layihənin davam edəcəyini bildirib.

Qeyd edək ki, Braziliya penalti seriyasında Uruqvaya uduzub (0:0, pen. 2:4).

İdman.biz