Harri Keynə yubiley hədiyyəsi

Xəbərlər
9 Sentyabr 2024 22:21
229
Harri Keynə yubiley hədiyyəsi

İngiltərə yığmasının hücumçusu Harri Keynə qızıl papaq hədiyyə olunacaq.

İdman.biz xəbər verir ki, hədiyyə onun ölkə millisində 100-cü oyununu keçirməsi ilə bağlı hazırlanıb.

UEFA Millətlər Liqasında Finlandiya ilə qarşılaşma Keyn üçün əlamətdar olacaq. Yubiley oyunundan əvvəl mükafatlandırma mərasimi təşkil ediləcək. Matç sabah saat 22:45-də "Uembli" stadionunda start götürəcək.

Qeyd edək kki, Harri yığmada 2015-ci il martın 27-də debüt edib. Litva (4:0) ilə qarşılaşmada meydana sonradan çıxan Keyn cəmi 79 dəqiqə sonra qol vurub.

İdman.biz