İngilis futbolçu 68 milyona satılacaq - 2025-ci ildə

Xəbərlər
9 Sentyabr 2024 22:53
279
İngilis futbolçu 68 milyona satılacaq - 2025-ci ildə

"Mançester Yunayted" Ebereçi Ezeni gələn yayda transfer etməyi planlaşdırır.

İdman.biz xəbər verir ki, bunun üçün 68 milyon avro tələb olunur.

"Kristal Pelas"la futbolçu arasındakı müqavilədə 2025-ci ildə sərbəst qalma maddəsi aktiv olacaq. İngiltərə yığmasının hücumçusunu transfer etmək istəyən klublar 68 milyon ödəməlidirlər.

Qeyd edək ki, yayda bir çox komanda Eze ilə maraqlansa da, "Kristal Pelas"ın yüksək məbləğ tələbi üzündən transfer reallaşmayıb.

İdman.biz