UEFA Millətlər Liqasında 2-ci tura yekun vurulub.
İdman.biz xəbər verir ki, günün mərkəzi görüşündə Niderland və Almaniya yığmaları qarşılaşıb.
Amsterdamda keçirilən matç məhsuldar alınıb. Komandalar hərəyə 2 dəfə fərqləniblər.
B Liqasında mübarizə aparan İngiltərə yığması ardıcıl ikinci qələbəsini qazanıb. Millidə 100-cü oyununu keçirən Harri Keyn dublla yadda qalıb.
Gürcüstan isə səfərdə Albaniyaya qalib gəlib. Bu qələbə qonşularımızı qrupda lider mövqeyinə yüksəldib.
UEFA Millətlər Liqası
9 sentyabr
A Liqası
3-cü qrup
22:45 Macarıstan – Bosniya və Hersoqovina - 0:0
22:45 Nideland – Almaniya - 2:2
Turnir vəziyyəti: Almaniya – 4, Niderland – 4, Bosniya və Hersoqovina – 1, İsrail - 1 xal.
B Liqası
1-ci qrup
22:45 Albaniya – Gürcüstan - 0:1
22:45 Çexiya – Ukrayna - 3:2
Turnir vəziyyəti: Gürcüstan – 6, Albaniya – 3, Çexiya – 3, Ukrayna – 0 xal.
2-ci qrup
22:45 İngiltərə – Finlandiya - 2:0
22:45 İrlandiya – Yunanıstan - 0:2
Turnir vəziyyəti: Yunanıstan – 6, İngiltərə – 6, İrlandiya – 0, Finlandiya – 0 xal.
C Liqası
4-cü qrup
20:00 Latviya – Farer adaları - 1:0
22:45 Şimali Makedoniya – Ermənistan - 2:0
Turnir vəziyyəti: Şimali Makedoniya – 4, Ermənistan – 3, Latviya – 3, Farer adaları – 0 xal.
D Liqası
2-ci qrup
22:45 Andorra – Malta - 0:1
Turnir vəziyyəti: Moldova – 3, Malta – 3, Andorra – 0 xal.
İdman.biz