PSJ-nin Mbappeyə borcu təsdiqlənib

Xəbərlər
12 Sentyabr 2024 19:28
447
PSJ-nin Mbappeyə borcu təsdiqlənib

PSJ Kilian Mbappeyə 55 milyon avro ödəməlidir.

İdman.biz xəbər verir ki, bu barədə Fransanın "Le Parisien" nəşri məlumat yayıb.

Nəşr Fransa Peşəkar Futbol Liqasının (LFP) Hüquq Komitəsinin futbolçunun lehinə qərar çıxardığını açıqlayıb. Keçmiş klubunun ona 55 milyon borclu olduğunu bildirən Mbappe məsələ ilə bağlı şikayət edib.

Sentyabrın 11-də keçirilən toplantıda komitə tərəfləri problemin qarşılıqlı şəkildə həll edilməsinə çağırıb.

Qeyd edək ki, Mbappe 2018-2024-cü illərdə PSJ-də çıxış edib. O, yayda azad agent kimi "Real"a qoşulub.

İdman.biz