Ten Haqdan Kriştianoya cavab

Xəbərlər
12 Sentyabr 2024 20:05
687
Ten Haqdan Kriştianoya cavab

"Mançester Yunayted"in baş məşqçisi Erik Ten Haq tənqidlərə cavab verib.

İdman.biz xəbər verir ki, o, komandanın düzgün yolda olduğunu bildirib.

Niderlandlı mütəxəssis mövsümün sonunu gözləməyi işarə verib: "Hər oyunda qələbə qazanmaq üçün bütün gücümüzü ortaya qoyuruq. May ayında harada olacağımızı görəcəyik. Bizim hansı mərhələdə olduğumuzu və haraya getdiyimizi yaxşı bilirəm".

Ten Haq Kriştiano Ronaldonun "Mançester Yunayted" çempion ola bilməyəcək" fikrinə də münasibət bildirib. O, futbolçunun Mançesterdən uzaqda olduğunu və fikrinə hörmət bəslədiyini deyib.

Qeyd edəək ki, "Mançester Yunayted" Premyer Liqada keçirdiyi 3 oyunun 2-də uduzub, 1-də qələbə qazanıb.

İdman.biz