London derbisində 1 qol

Xəbərlər
15 Sentyabr 2024 21:46
69
London derbisində 1 qol

İngiltərə Premyer Liqasında IV tura yekun vurulub.

İdman.biz xəbər verir ki, bu gün keçirilən oyunlar qonaqların üstünlüyü ilə keçib.

London derbisində "Arsenal" "Tottenhem"in qonağı olub. "Topçular" tək qolla qalib gəliblər. Qabriel 64-cü dəqiqədə komandasına qələbə qazandırıb.

"Nyukasl" isə "Vulverhempton"la oyunda əzmkarlıq sayəsində 3 xal əldə edib.

İngiltərə Premyer Liqası
IV tur
14 sentyabr

“Soutgempton” – “Mançester Yunayted” - 0:3
“Brayton” – “İpsviç” - 0:0
“Kristal Pelas” – “Lester” - 2:2
“Fulhem” – “Vest Hem” - 1:1
“Liverpul” – “Nottingem Forest” - 0:1
“Mançester Siti” – “Brentford” - 2:1
“Aston Villa” – “Everton” - 3:2
“Bornmut” – “Çelsi” - 0:1

15 sentyabr
“Tottenhem” – “Arsenal” - 0:1
“Vulverhempton” – “Nyukasl” - 1:2

İdman.biz