"Beşiktaş"ın ilk xal itkisi

Xəbərlər
15 Sentyabr 2024 23:14
78
"Beşiktaş"ın ilk xal itkisi

Türkiyə Superliqasında bu gün V turun daha 4 oyunu keçirilib.

İdman.biz xəbər ki, "Fənərbaxça" səfərdən 3 xalla dönüb.

Joze Mourinyonun komandası "Kasımpaşa"ya 2:0 hesabı ilə qalib gəlib.

Turun mərkəzi görüşündə "Trabzonspor"la "Beşiktaş" üz-üzə gəlib. Trabzon təmsilçisi Şenol Güneşin rəhbərliyi ilə meydana çıxdığı ilk oyunun 13-cü dəqiqəsində azlıqda qalıb. Buna baxmayaraq, onlar 1 xal qazanmağı bacarıblar. "Beşiktaş" mövsümdə ilk xal itkisini yaşayıb.

Türkiyə Superliqası
V tur
14 sentyabr

“Samsunspor” – “Konyaspor” - 0:1
“Sivasspor” – “Qaziantep” - 3:2
“Bodrumspor” – “Başakşəhər” - 0:1
“Qalatasaray” – “Rizespor”- 5:0

15 sentyabr
“Kasımpaşa” – “Fənərbaxça” - 0:2
“Kayserispor” – “Eyüpspor” - 2:2
“Alanyaspor” – “Hatayspor” - 0:0
“Trabzonspor” – “Beşiktaş” - 1:1

16 sentyabr
“Antalyaspor” – “Adana Dəmirspor”

İdman.biz