Kriştiano Ronaldo baş məşqçisiz qalıb

Xəbərlər
17 Sentyabr 2024 19:41
517
Kriştiano Ronaldo baş məşqçisiz qalıb

Kriştiano Ronaldonun çıxış etdiyi "Əl-Nəsr" baş məşqçisi Luiş Kaştra ilə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubu məlumat yayıb.

63 yaşlı mütəxəssis ötən mövsümün iyulundan komandaya başçılıq edib. "Əl-Nəsr" Kaştranın rəhbərliyi ilə meydana çıxdığı 54 oyunun 36-da qələbə qazanıb, 9 dəfə heç-heçə oynayıb, 9 dəfə uduzub.

Qeyd edək ki, "Əl-Nəsr" Səudiyyə Ərəbistanı Pro-Liqasında 3 turdan sonra 5 xalla 7-ci pillədə qərarlaşıb.

İdman.biz