Adrian Rabyo Fransaya dönüb

Xəbərlər
17 Sentyabr 2024 21:09
97
Adrian Rabyo Fransaya dönüb

Adrian Rabyo karyerasını "Marsel"də davam etdirəcək.

İdman.biz xəbər verir ki, tərəflər 2026-cı il iyunun sonuna kimi müqavilə imzalayıblar.

"Yuventus"dan ayrılan Rabyo Fransa klubuna sərbəst agent kimi qoşulub. 29 yaşlı futbolçu "Marsel"də 25 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, fransalı yarımmüdafiəçi son mövsümdə 35 oyunda 5 qolla yadda qalıb.

İdman.biz