ÇL: Mövsümün ilk qolunu türkiyəli futbolçu vurub

Xəbərlər
17 Sentyabr 2024 21:32
348
ÇL: Mövsümün ilk qolunu türkiyəli futbolçu vurub

Kenan Yıldız Çempionlar Liqasının 2024/2025 mövsümündə Liqa mərhələsinin ilk qolunun müəllifi olub.

İdman.biz xəbər verir ki, "Yuventus"un gənc ulduzu PSV ilə matçda hesabı açıb.

Türkiyəli hücumçu qarşılaşmanın 21-ci dəqiqəsində fərqlənib.

Qeyd edək ki, Turin klubu 1-ci hissədən sonra 2:0 hesabı ilə qalib gəlir.

İdman.biz