"Şaxtyor" "Napoli"nin təklifi ilə razılaşmayıb

Xəbərlər
18 Sentyabr 2024 20:39
92
"Şaxtyor" "Napoli"nin təklifi ilə razılaşmayıb

"Napoli" "Şaxtyor"un forvardı Georgi Sudakovu transfer etmək arzusundadır.

İdman.biz xəbər verir ki, Donetsk klubu ilkin təklifə yox deyib.

Neapollular bu transferə görə 40 milyon ödəməyə hazır olublar. Amma "Şaxtyor" minimum 55-60 avro qazanmağı planlaşdırıb. Çempionlar Liqasında çıxış edən komanda Sudakovun uğurlu oyunu sayəsində transfer rəqəminin yüksələcəyinə ümid edir.

Qeyd edək ki, Georginin klubla 2028-ci ilin sonuna kimi müqaviləsi var.

İdman.biz