Qadın futbolçu etiraz edir: “Eyni maaşı almalıyıq”

Xəbərlər
18 Sentyabr 2024 21:41
796
Qadın futbolçu etiraz edir: “Eyni maaşı almalıyıq”

Sosial mediada 17 milyon izləyicisi olan Alişa Lemann qadın futbolçuların kişilərdən az maaş almasına qarşı çıxıb.

İdman.biz xəbər verir ki, o, bu barədə İtaliyanın “La Gazzeta dello sport” nəşrinə müsahibəsində deyib.

Alişa hazırda İtaliyada “Yuventus”un qadınlar komandasında çıxış edir. 25 yaşı olsa da, diqqətəlayiq peşəkar karyerası olub, lakin bu da onun Turin klubunda oynayan braziliyalı sevgilisi Duqlas Luizlə eyni maaşı alması üçün kifayət etmir. Lemann oğlan dostu ilə aradakı böyük maaş fərqi ilə bağlı sərt açıqlamalar verib: “Hər kəs istəyər ki, eyni maaş olsun. Mən evdə Duqlasla tez-tez bu barədə danışıram və ona bunun ədalətli olmadığını deyirəm. "Biz eyni işi görürük, amma siz bizdən yüz dəfə çox maaş alırsınız".

Bu ilin yayında “Yuventus” “Aston Villa”dan həm Lemann, həm də braziliyalı futbolçunu transfer edib. İsveçrəli xanım artıq A seriyasında bacarığını nümayiş etdirsə də, Luiz ondan dəfələrlə çox – ildə 8,5 milyon avro qazanır.

Qeyd edək ki, Lemann bu il İsveçrə millisinin heyətində Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iki matçda Azərbaycan millisinə qarşı oynayıb.

İdman.biz