"Çelsi" ukraynalı futbolçu ilə vidalaşa bilər

Xəbərlər
19 Sentyabr 2024 19:17
51
"Çelsi" ukraynalı futbolçu ilə vidalaşa bilər

Ukraynalı futbolçu Mixail Mudrik qışda "Çelsi"ni tərk edə bilər.

İdman.biz xəbər verir ki, London klubu qışda bəzi oyunçularla yollarını ayırmaq fikrindədir.

23 yaşlı yarmmüdafiiəçi komandanın yeni baş məşqçisi Entso Mareskanın oyun sisteminə uyğunlaşa bilməyib. İtaliyalı mütəxəssis Mixailin əsas heyətdə yer alması üçün daha çox işləməli olduğunu deyib. Onunla ingilis klubları ilə yanaşı "Bavariya" və "Marsel" də maraqlanır.

Qeyd edək ki, 2023-cü ilin yanvarında "Çelsi"yə keçən Mudrik 62 oyunda 7 dəfə fərqlənib.

İdman.biz