Kurtua: "Rodri haqlıdır"

Xəbərlər
19 Sentyabr 2024 20:19
61
Kurtua: "Rodri haqlıdır"

"Real"ın qapıçısı Tibo Kurtua ispaniyalı futbolçu Rodrini dəstəkləyib.

İdman.biz xəbər verir ki, o, mövsüm ərzində oyun sayının çox olmasından şikayətlənib.

Kurtua bildirib ki, futbolçuların zədə alması qaçılmazdır: "Rodri haqlıdır. Azarkeşlər meydanda ən yaxşıları görmək istəyirlər. Balans tapılmalıdır, çünki qarşıda çoxlu oyun və zədələr qaçılmazdır. İnsanlar futbolçuların çox qazandıqlarını deyirlər. Bəli, bu düzdür, amma bəzən ən yaxşılar da meydana çıxa bilmir".

Qeyd edək ki, artıq qitənin bir çox futbolçuları sıx təqvimə görə tətil keçirməyin qaçılmaz olduğunu bildiriblər.

İdman.biz