21 yaşlı almaniyalı uğrunda transfer mübarizəsi - 150 milyon avro

Xəbərlər
19 Sentyabr 2024 21:26
373
21 yaşlı almaniyalı uğrunda transfer mübarizəsi - 150 milyon avro

Almaniya yığmasının futbolçusu Florian Virtzin transferi uğrunda mübarizəyə start verilib.

İdman.biz xəbər verir ki, Almaniya mətbuatı bu yarışda "Real"ın öndə olduğunu yazıb.

21 yaşlı yarımmüdafiəçi Madrid klubu ilə yanaşı "Bavariya" və "Mançester Siti"nin də hədəfindədir. "Bild" nəşrinin məlumatına görə "Bayer" növbəti ilin yayında reallaşması gözlənilən transferdən 150 milyon avro qazanacaq.

Qeyd edək ki, Virtz ötən il Leverkuzen klubunun heyətində Almaniya çempionu olub və ölkə kubokunu qazanıb.

İdman.biz