Almaniyalı futbolçu "Mançester Yunayted"in hədəfində

Xəbərlər
20 Sentyabr 2024 20:59
37
Almaniyalı futbolçu "Mançester Yunayted"in hədəfində

"Mançester Yunayted" almaniyalı futbolçu Leon Qoretska ilə maraqlanır.

İdman.biz xəbər verir ki, "Bavariya"da çıxış edən yarımmüdafiəçi qışda komandasını dəyişə bilər.

Yay transferi dövründə Münheni tərk etmək istəməyən Leon üçün yeni varinat yaranıb. "Qırmızı şeytanlar" 29 yaşlı futbolçu ilə danışıqlara start verməyi planlaşdırırlar.

Qeyd edək ki, hazırki mövsümdə Qoretska cəmi 10 dəqiqə meydanda olub. Onun "Bavariya" ilə 2026-cı ilin yayına kimi müqaviləsi var.

İdman.biz