87 ildən sonra ilk dəfə

Xəbərlər
21 Sentyabr 2024 20:07
65
87 ildən sonra ilk dəfə

Fransa Liqa 1-də “Nitsa” “Sent-Etyen”ə evdə 8:0 hesabı ilə qalib gəlsə də, burada diqqəti oyunun hesabından daha çox 6 qolun ilk yarıda vurulması çəkir.

İdman.biz xəbər verir ki, Fransa çempionatında belə hadisə sonuncu dəfə 87 il öncə yaşanıb.

1937-ci ildə “Lion” rəqibini bir hissəyə 6 dəfə məyus edə bilmişdi. İndiki matçda isə rekordu təkrarladan 6 qolun ilkini qonaqlardan Batubinsika öz qapısından keçirib, ardından isə Ndombele, Ali-Şo, Mukkoko (2 dəfə) və Gessan fərqləniblər.

Qeyd edək ki, “Sent-Etyen”lə oyunda “Nitsa”nın 18 zərbəsindən 10-u qapı istiqamətinə gedib ki, onun da 8-i qol olub.

İdman.biz