Yamaldan Çempionlar Liqasında bir ilk

Xəbərlər
21 Sentyabr 2024 21:32
270
Yamaldan Çempionlar Liqasında bir ilk

Komandası yeni formatda keçirilən Çempionlar Liqasına “Monako” ilə oyunla uğursuz başlayan Lamin Yamal ilkə imza atıb.

İdman.biz xəbər verir ki, “Barselona”nın yeniyetmə ulduzu turnirdə rekord vurub.

Qitənin əsas klub turnirində 11-ci matçına çıxan Yamal indiyədək Çempionlar Liqasında 18 yaşınadək ən çox oyun keçirmiş 3 futbolçunun rekordunu geridə qoyub. Hesabında həmin yaşa qədər 10 oyunu olan futbolçular Yuri Tilemans, Cud Bellingem və Uorren Zair-Emeridir.

İdman.biz