Derbini "Qalatasaray" qazanıb - VİDEO

Xəbərlər
21 Sentyabr 2024 23:06
102
Derbini "Qalatasaray" qazanıb - VİDEO

Türkiyə Superliqasının 6-cı turu İstanbul derbisi ilə yadda qalıb.

İdman.biz xəbər verir ki, "Fənərbaxça" öz meydanında "Qalatasaray"ı qəbul edib.

Joze Mourinyo ilk derbisində məğlubiyyət acısı yaşayıb. "Qalatasaray" səfərdə 3:1 hesabı ilə qalib gəlib. Xal itirməyən "sarı qırmızılar" "Fənər"lə aradakı xal fərqini 5-ə yüksəldiblər.

Tükiyə Superliqası
6-cı tur
21 sentyabr

"Konyaspor" - "Sivasspor" - 0:0
"Fənərbaxça" - "Qalatasaray" - 1:3

İdman.biz