Anridən Karragerə "Qarabağ" dərsi - VİDEO

Xəbərlər
22 Sentyabr 2024 00:37
195
Anridən Karragerə "Qarabağ" dərsi - VİDEO

İngiltərənin məşhur "CBS Sports" telekanalında yayımlanan verilişdə "Qarabağ"la bağlı sual verilib.

İdman.biz xəbər verir ki, aparıcı qonaqlardan Avropa Liqasında "Tottenhem"lə qarşılaşacaq komandamızın hansı ölkəni təmsil etdiyini soruşub.

Ceymi Karrager Gürcüstan cavabını versə də, Mayk Riçards "Qarabağ"ın Azərbaycan klubu olduğunu bildirib.

Verlişin digər qonağı, Fransa yığmasının keçmiş hücumçusu Tyerri Anri isə sualın asan olduğunu vurğulayaraq, çempionumuz barəsində daha geniş məlumat verib. O, "Qarabağ"ın 1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı doğma Ağdamdan didərgin düşdüyünü və oyunlarını paytaxt Bakıda keçirdiyini bildirib.

İdman.biz