"Bavariya"nın futbolçuları niyə Kompanidən narazıdırlar?

Xəbərlər
22 Sentyabr 2024 12:29
267
"Bavariya"nın futbolçuları niyə Kompanidən narazıdırlar?

"Bavariya"nın futbolçuları baş məşqçi Vensan Kompanidən narazırdırlar.

İdman.biz xəbər verir ki, bu barədə Almaniyanın məşhur "Bild" nəşri məlumat yayıb.

Mövsümə uğurlu starta baxmayaraq Münhen klubunda mühit ürəkaçan deyil. Belçikalı mütəxəssis əsas heyəti bir gün əvvəl futbolçulara mesaj göndərməklə elan edir. Bundan başqa, oyunçular baş məşqçinin heyətlə bağlı dəyişikliklərini tam anlaya bilmirlər.

Qeyd edək ki, "Bavariya" Kompaninin başçılığı ilə keçirdiyi oyunlarda uduzmayıb.

İdman.biz