"Real" 73 ildən sonra - 6 oyunda 5 penalti

Xəbərlər
22 Sentyabr 2024 13:19
171
"Real" 73 ildən sonra - 6 oyunda 5 penalti

"Real" La Liqanın ilk 6 turunda 5 dəfə penalti zərbəsi vurmaq hüququ qazanıb.

İdman.biz xəbər verir ki, Madrid klubu 73 il sonra rekordunu təkrarlayıb.

Komanda İspaniya çempionatının 6-cı turunda "Espanyol"a 4:1 hesabı ilə qalib gəlib. "Real" qollardan birini penalti zərbəsi vurub. Bununla da, madridlilər 1951-ci ildən sonra ilk dəfə 6 oyunda 5 penalti yerinə yetiriblər.

Qeyd edək ki, "Real" 6 turdan sonra 14 xal toplayıb.

İdman.biz