"Qarabağ"ın rəqibinə ağır zərbə - VİDEO

Xəbərlər
22 Sentyabr 2024 18:56
243
"Qarabağ"ın rəqibinə ağır zərbə - VİDEO

"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Bodo Qlimt" Norveç çempionatında növbəti oyununu keçirib.

İdman.biz xəbər veir ki, komanda 23-cü turda "Brann"ın qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Məğlubiyyətə baxmayaraq, "Bodo Qlimt"in liderliyi davam edir. 50 xal toplayan "sarılar" ən yaxın izləyicisi "Brann"ı 7 xal qabaqlayırlar.

Qeyd edək ki, "Qarabağ"la "Bodo Qlimt" arasında matç noyabrın 7-də Norveçdə keçiriləcək.

İdman.biz