"Mançester Siti" 90+8-ci dəqiqədə məğlubiyyətdən qaçıb

Xəbərlər
22 Sentyabr 2024 22:04
126
"Mançester Siti" 90+8-ci dəqiqədə məğlubiyyətdən qaçıb

İngiltərə Premyer Liqasında V tura yekun vurulub.

İdman.biz xəbər verir ki, hər iki oyun eyni hesabla yekunlaşıb - 2:2.

Turun mərkəzi görüşündə "Mançester Siti" "Arsenal"la qarşılaşıb. "Şəhərlilər" erkən qol vursalar da, qonaqlar hesabda önə keçiblər. Çempion 90+8-ci dəqiqədə məğlubiyyətdən qaça bilib.

Qazanılan 1 xal "Mançester Siti"yə lider mövqeyini qorumasına kömək edib. Komandanın hesabında 13 xal var. "Arsenal" 11 xalla 4-cüdür.

İngiltərə Premyer Liqası
V tur
22 sentyabr

"Brayton" - "Nottingem Forest" - 2:2
"Mançester Siti" - "Arsenal" - 2:2

İdman.biz